Gorus şəhərinin meri həbs olundu 

saytların hazırlanması

Evə çatdırılma

Gorus şəhərinin meri həbs olundu 

Dünya

10 Sentyabr 2024 14:16 412


Ermənistanın Zəngəzur (Sünik) vilayətinin Ümumi yurisdiksiya məhkəməsi hakim Varsenik Melkonyanın sədrliyi ilə Gorus şəhərinin meri Aruş Aruşanyan barəsində  seçilmiş cəzasının həbslə əvəzlənməsi ilə bağlı Probasiya Xidmətinin vəsatətini qismən təmin edib. 

Modern.az bu barədə erməni mətbuatına istinadən xəbər verir. 

"Məhkum Aruş Aruşanyanın 5 il müddətinə yerli özünüidarəetmə vəzifəsi tutma hüququndan məhrum edilməsi cəzasını 1 il 8 ay 3 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib", - sədr qeyd edib.  Dördpendirli pizza

Əvvəllər dəmir barmaqlıqlar arxasında keçirdiyi vaxtı nəzərə alsaq, Aruşanyan 1 il həbsdə qalmalı olacaq. 

Məhkəmənin qərarından şikayət verilə bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!