Göyçayda ilan kişini başından sancdı

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda ilan kişini başından sancdı

Hadisə

27 May 2026 22:44 175


Göyçayda ilan sancması hadisəsi baş verib.

"Yeni Sabah" AzərTaca istinadən xəbər verir ki, hadisə rayonun Şəkər kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 54 yaşlı Eldar Əliyev örüş sahəsində heyvan otararkən istirahət etmək üçün otlaq ərazidə uzanıb. Bu zaman ilan onun baş nahiyəsindən dişləyib.

Hadisədən sonra ətrafdakı şəxslər dərhal Eldar Əliyevə kömək göstərərək onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada ona ilan zəhərinə qarşı zərdab vurulub və digər tibbi müdaxilələr edilib. pizza

Hazırda 54 yaşlı kişinin müalicəsi davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!