Güclü küləkli hava şəraiti ilə əlaqədar baş verən hadisələr nəticəsində iki qadın xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, güclü küləyin təsiri nəticəsində xəsarət alan iki qadın Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Sezar pizza
Hadisələrdən biri ötən gün saat 20:20-də baş verib. 1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılıb. Tibbi müayinə zamanı ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub və müvafiq tibbi yardım göstərilib.
Həmin gün saat 20:40-da 1987-ci il təvəllüdlü digər qadın isə güclü küləyin təsiri ilə qapının hərəkət etməsi nəticəsində əlindən xəsarət alıb. Müayinə zamanı ona sol əlin 3–4-cü barmaqlarının kəsilmiş yarası diaqnozu qoyulub və tibbi yardım göstərilib.
Hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıb, ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Mütəxəssislər güclü küləkli hava şəraitində vətəndaşları ehtiyatlı olmağa, mümkün qədər açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmamağa çağırıblar.
Aytac Əliyeva
Telegram kanalımız