Gündoğan baş məşqçisindən üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Gündoğan baş məşqçisindən üzr istədi

İdman

28 Sentyabr 2026 14:05 97


"Qalatasaray"ın futbolçusu İlkay Gündoğanla baş məşqçi Okan Buruk arasında barışıq görüşü baş tutub.

“Yeni Sabah” xəbər verir ki, təcrübəli yarımmüdafiəçi xanımı Sara Gündoğanın qalmaqallı bəyanatlarından sonra komandanın baş məşqçisi ilə əlaqə saxlayıb.

S.Gündoğan sosial şəbəkədə azarkeşlərin tənqidlərinə cavab verərkən "İlkayın niyə oynamadığını məndən yox, baş məşqçidən soruşun" cümləsini işlədib və futbolçunun "Qalatasaray"a gəlmək üçün böyük maaş güzəştinə getdiyini bildirib. pizza mizza

Rezonansdan sonra İlkay Gündoğan Okan Burukla şəxsən görüşərək yaranmış narahatlığa görə üzr istəyib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!