Günəşlidə “Bir ağac-min nəfəs” aksiyası keçirilib - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Günəşlidə “Bir ağac-min nəfəs” aksiyası keçirilib - FOTOLAR

Sosial

10 Noyabr 2022 10:42 649


Növbəti ting paylama aksiyası Günəşli qəsəbəsində yerləşən “Araz” superstorun qarşısında keçirilib, işlənmiş plastik, şüşə, kağız və batareya təhvil verən vətəndaşlara ağac tingləri verilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Yenisabah.az-a bildirib ki, ETSN, “Təmiz Şəhər” ASC və “ARAZ” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunan aksiya zamanı ümumi tutumu 340 litr olan plastik, 11 litr şüşə, 20 kiloqram kağız tullantı və 29 işlənmiş batareya təhvil götürülüb və təkrar emala göndərilib. 

““Tullantıları tinglərə dəyiş” aksiyasının keçirilməsində məqsəd ağac əkmək istəyən hər kəsi ağac tingləri ilə təmin etmək, eyni zamanda tullantıların təkrar emalına dəstək olmaqdır”. Pepperoni pizza

S.Məmmədovanın sözlərinə görə, aksiya  payız əkin mövsümünün sonunadək Bakıda və bölgələrdə davam edəcək. 

“Növbəti aksiyaların keçiriləcəyi vaxt və ünvan barədə məlumatları eco.gov.az saytından və nazirliyin rəsmi sosial şəbəkə hesablarından əldə edə bilərsiniz”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!