Ümid edirik ki, Azərbaycanla qaz alışı üzrə razılığa gələcəyik.
"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Azərbaycanla bütün məsələlər üzrə danışıqlar aparılır. Bakıda online alış-veriş
“Bizim olduqca yaxşı münasibətlərimiz var və bu da nikbinlik üçün əsas verir. Ümid edirik ki, hər iki tərəf üçün faydalı olan bir razılaşma əldə olunacaq”, - Kobaxidze əlavə edib.
Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında Cənub Qaz Dəhlizi ilə qaz tədarükü üzrə sazişin müddəti 2026-cı ilin sonunda başa çatır. Sazişə əsasən, Gürcüstan Azərbaycan qazının Türkiyə və Avropaya tranziti əvəzində müəyyən həcmdə qazı güzəştli qiymətə alır.
Telegram kanalımız