Gürcüstanda işıqlar niyə söndü? – Azərbaycanla bağlı detal üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda işıqlar niyə söndü? – Azərbaycanla bağlı detal üzə çıxdı

Sosial

31 İyul 2026 01:28 103


İyulun 24-də Gürcüstanda baş verən genişmiqyaslı elektrik kəsintisinin səbəbi ilə bağlı yeni məlumat açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, Gürcüstanın Energetika və Su Təchizatının Tənzimlənməsi üzrə Milli Komissiyasının aralıq hesabatında hadisənin ölkənin enerji sisteminin Azərbaycan enerji sistemindən ayrılması ilə əlaqəli ola biləcəyi bildirilib.

Hesabatda qeyd olunur ki, hadisə zamanı Gürcüstan 330 kilovoltluq elektrik ötürmə xətləri vasitəsilə Azərbaycan enerji sistemi ilə paralel rejimdə fəaliyyət göstərirdi. Gecə saatlarında sistemlər arasında əlaqə kəsildikdən sonra Gürcüstan enerji sistemi təcrid olunmuş rejimə keçib, tezlik və gərginlik sürətlə azalıb. Marqarita pizza

Bildirilib ki, göstəricilər kritik həddə çatdıqdan sonra elektrik stansiyaları və istehlakçılar ardıcıl şəkildə şəbəkədən ayrılıb. Nəticədə ölkədə tam enerji kəsintisi baş verib.

Hazırda komissiya Azərbaycan enerji sistemindən ayrılmanın səbəblərini və Gürcüstanın təcrid olunmuş rejimdə sabit işləmək imkanına malik olub-olmadığını araşdırır.

Qeyd edək ki, iyulun 24-dən 25-nə keçən gecə Gürcüstanın böyük hissəsində genişmiqyaslı elektrik kəsintisi yaşanmışdı.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!