Gürcüstanla dəmiryolu bərpa edilir? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanla dəmiryolu bərpa edilir? - AÇIQLAMA

Sosial

16 İyul 2025 13:10 2528


“Əslində Gürcüstan hökuməti uzun müddətdir ki, Azərbaycandan heç olmasa dəmiryolu nəqliyyatının bərpa olunmasını xahiş edir. Bu istiqamətdə dəfələrlə danışıqlar gedib. Doğru olan da budur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında əslən Gürcüstandan olan iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, iki ölkə arasında dəmiryolu nəqliyyatının açılması həm sosial, həm də iqtisadi olaraq çox önəmlidir.

Ekspert vurğulayıb ki, dəmiryolunun açılması kifayət qədər ciddi və müsbət hadisə ola bilər: pizza

“Mən çox istəyərdim ki, yay bitməmiş bu qərar yerinə yetirilsin. Çünki Gürcüstanda yaşayan soydaşlarımızın da ən böyük arzusu budur. Onlar üçün Azərbaycan güvən və dayaq yeridir. Hamısının burada qohumları var. 100 minlərlə insanların, Gürcüstanda, Azərbaycanda yaşayanların qohumluq əlaqələri var. Bu baxımdan, elə sosial məsələ olaraq da, dəmiryolunun açılması kifayət qədər ciddi və müsbət hadisə ola bilər”. 

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları"nın (ADY) sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə görüş keçiriblər. Danışıqlar zamanı tərəflər iki ölkə arasında dəmir yolu ilə sərnişindaşımalarının bərpasının mümkünlüyünü müzakirə ediblər. Qeyd olunub ki, Tbilisidəki görüşdə R.Rüstəmov və M.Kvrivişvili bu məsələnin əhəmiyyətini bir daha vurğulayıblar.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sefa
    Cox cox xahiw edirem bow vedlerle umidlerimizi qirmayin. Artiq 5 ildi men dogmalarimi gore bilmirem ele de imkanim yoxdur ki hava yoluyla gedim.
    10 months ago