Hadı Rəcəbli arıqlayıb

saytların hazırlanması

Evə çatdırılma

Hadı Rəcəbli arıqlayıb

Sosial

18 İyul 2022 12:35 2403


“Əvvəllər turnikdə dartınırdım, indi sallanıram. Çəkini azaltmışam. 89 kiloqramdan 82-yə düşmüşəm. Hər gün özümü tərəzidə çəkirəm. Belə rahatdır, özümü yaxşı hiss edirəm. Bu günə qədər dərman qəbul etməmişəm, xəstəliyim olmayıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu keçmiş deputat Hadı Rəcəbli Musavat TV-yə müsahibəsində deyib. Səhhətinin qayğısına qalan qocaman siyasətçi bildirib ki, idman və qidalanmaya diqqət yetirir:

“Gün ərzində 6-7 km yeriyirəm Lənkəranda olanda dənizə də gedirəm. Amma Bakıda yox. Bunun da müxtəlif səbəbləri var.  Üzməyi bilirəm, uşaqlığımız dənizdə keçib. Dayanmadan 10 dəqiqə üzə bilirəm. Qidalanmaya da diqqət yetirirəm. Məsələn bu səhər yeməyimiz xar tut olub…” pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!