Hakan Fidan ABŞ-yə səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Hakan Fidan ABŞ-yə səfər edəcək

Siyasət

24 Mart 2025 13:31 348


Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 25-26-da Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edəcək.

Bu barədə "Report"un Ankara bürosuna Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat Xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, H.Fidanın ABŞ Dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşü planlaşdırılır. pizza sifarişi

Səfər çərçivəsində iki ölkə arasında əlaqələr, eləcə də Türkiyə Prezidentinin ABŞ-yə səfəri ilə bağlı müzakirələr aparılacaq.

Bundan əlavə, Ukrayna və Fələstindəki vəziyyət, eləcə də Suriyadakı hadisələr başda olmaqla, iki ölkəni maraqlandıran regional inkişaflar və bu kontekstdəki əməkdaşlıq imkanları qiymətləndiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!