Hakan Fidan HƏMAS rəhbəri ilə gizli məqamları müzakirə etdi – Görüşün detalları açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Hakan Fidan HƏMAS rəhbəri ilə gizli məqamları müzakirə etdi – Görüşün detalları açıqlandı

Dünya

30 İyul 2026 01:33 108


Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun rəhbəri seçilən Xəlil əl-Həyyə və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

“Yeni Sabah” “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ətraflı pizza mizza

Görüş zamanı Xəlil əl-Həyyə Qəzza və İordan çayının qərb sahilindəki son vəziyyət barədə məlumat verib.

Türkiyə XİN rəhbəri isə Ankaranın Qəzza sülh prosesini dəstəkləməkdə davam edəcəyini və bu prosesdə HƏMAS-ın oynadığı rolu təqdir etdiyini diqqətə çatdırıb.

Görüşdə həmçinin digər regional məsələlər də ətraflı müzakirə olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!