Hamiləlik müavinətlərinə 48 milyon manat xərclənəcək

saytların hazırlanması

Evə çatdırılma

Hamiləlik müavinətlərinə 48 milyon manat xərclənəcək

Sosial

01 Noyabr 2022 13:31 821


Növbəti ildə hamiləliyə və doğuma görə müavinətlərin maliyyələşdirilməsi üzrə 48 milyon manat vəsaitin xərclənməsi proqnozlaşdırılıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.

Qeyd edilib ki, bu da cari ilin proqnoz göstəricisindən 0,9 mln. manat və ya 1,9%, ilin sonuna gözlənilən icradan isə 4 mln. manat və ya 9,1% çoxdur. pizza sifarişi

Təqdim olunmuş məlumatlara əsasən cari ilin sonuna müvafiq bölmə üzrə 22,3 min sığortaolunana ümumilikdə 44,0 mln. manat məbləğində müavinətin ödəniləcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!