Havaya tullantı atan obyekt sahibləri cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Havaya tullantı atan obyekt sahibləri cəzalandırıldı

Sosial

17 Noyabr 2021 11:27 619


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasına atılan tullantıların azaldılması və mövcud normalara cavab verməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən şadlıq saraylarında nəzarət tədbirləri davam etdirilir. 

Xidmət rəisi Hikmət Əlizadə Yenisabah.az-a bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı paytaxtın Xətai rayonunda fəaliyyət göstərən “Neapol”, “Kleopatra”, “Leyla Palace”, “Mirvari”, “Elgün”, “Olivium” və “Qəsr” şadlıq saraylarında təmizləyici qurğuların olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı, “By Şirulla” restoranında isə ümumiyyətlə təmizləyici qurğunun quraşdırılmadığı müəyyən edilib.

“Faktlarla bağlı akt, protokol tərtib edilib və obyekt sahibləri inzibati məsuliyyətə cəlb olunub”. pizza mizza

Xidmət rəisi onu da qeyd edib ki, əməkdaşlarımız tərəfindən monitorinqlər Bakıda, eyni zamanda regionlarda da davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!