Həbs edilən Ramiz Mehdiyevin milyardları üzə çıxır - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Həbs edilən Ramiz Mehdiyevin milyardları üzə çıxır - Siyahı

Siyasət

15 Oktyabr 2025 08:44 46373


Xəbər verdiyimiz kimi, uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev barəsəində 4 aylıq ev dustaqlığı tədbiri seçilib.

Axar.az xəbər verir ki, onun ittiham olunduğu maddələr xüsusilə ağır cinayətlər sayılır. Belə ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Cinayəti sübuta yetiriləcəyi halda Ramiz Mehdiyevin əmlakının müsadirə edilməsi də baş verə bilər, çünki ittiham olunduğu 193-1.3.2-ci maddə əmlakın müsadirəsini də nəzərdə tutur. pizza

Bəs, Ramiz Mehdiyevin nələri var?

PA-nın sabiq rəhbərinin həddən artıq böyük sərvətə sahib olduğu haqda iddialar mövcuddur. Açıq mənbələrdə R.Mehdiyevə aid edilən sərvətin xırda bir hissəsini təqdim edirik:

1. R.Mehdiyevin Novxanıda ucsuz-bucaqsız üzüm bağları, Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 216 hektar torpaq sahəsi var. Novxanı kəndin Mehdiyevlərə məxsus 155 hektar torpaq mövcuddur. Ailənin Goranboyun Xınalı kəndindəki bağının sahəsi 50 hektardır.

2. Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyevaya (xanımı) adi 892 sot, Kamilə Əliyevaya (qızı) məxsus 240 sot torpaq var.

3. Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biridir. “Digital Media” MMC 20 avqust 2008-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı: Bakı şəhəri, Teymur Əliyev küç. 25 A-dır. Bu şirkət “Medya FM” radiosunun sahibidir.

4. Kamilə Əliyevanın İstiqlaliyyət küçəsi, ev 11 ünvanındakı mənzili iki şirkətin - “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanıdır.

5. Dilarə Əliyeva küçəsi, 251A ünvanında Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan iki mənzil-tikinti kooperativi (“Topaz” MTK və “Qala-R.L” MTK), “NLT” MMC və “Premium Store” MMC yerləşir. Mehdiyev ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza” MMC də məxsusdur. Astoriya Tibb Mərkəzi 2020-ci ildən “German Hospital” adı altında fəaliyyət göstərir. “Gandezza” ticarət mərkəzi Bakıda, Nizami adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var.

6. Ramiz Mehdiyevin gəlini Bank BTB ASC-nin əsas səhm sahibidir - 75%. Yəni bank kapitalının 50 milyon manatı onundur. Bank BTB ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir.

7. “Şərq-Qərb” nəşriyyatı Mehdiyevlərə aiddir. Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın geniş ərazisi var. Torpağın bir hissəsində dördbloklu, 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib.

“Şərq-Qərb” ASC-nin “orbitində” daha bir neçə şirkət (“Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC) var.

8. R.Mehdiyevin “Sədərək” və “Binə” ticarət mərkəzlərinə şərikliyi olduğu iddia edilir.

9. Bakının Tiflis prospektində dəbdəbəli villa. Bir müddət əvvəl 8 milyon ABŞ dollarına satışa çıxarılmışdı. 36 sot ərazidə yerləşən bu villanın Mehdiyevin tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu qeyd edilir.

10. Ramiz Mehdiyevin Göyçay, Şamaxı, Göygöl və digər ərazilər də daxil olmaqla, ölkənin regionlarında çoxsaylı villalara sahib olması haqda məlumatlar var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Dürrə
    19 ildi 2 uşaqla qarajda yaşayıram qazisiz qaz balonuyla acınacaqlı şeraitde baxan yoxdu Allahım sen özün görensen ne deyim
    7 months ago
  • userAdmin
    Allah gözünü doydursun.Bu qədər dövlət malını talan etmək olar?4 ay nədiki bunlara.Ömürlük həps lazımdı özüdə ac saxlamaq lazımdı həpsdə.Sadəcə ölməməsi üçün azca yemək bəsdi.Allah var və heç bir zülm,talan əbədi olmur.Ailə varki zülm içində yaşıyır bir qaeın ac bir qarın tox.Belələri isə xalqa xidmət Adıyla talançılıqla məşğuldurlar.Gözlərindən gəlsin inşallah
    7 months ago
  • Resad
    Xalqın haqqını yeyənlərin hamısının burnunnan gələcək bir bir.bir belə sərvət olar quru Maaşla bu mümkündeyil axı bizdə Ailəmizi dolandırmaqdan ötürü gecəmizi gündüzə qatırıq.
    7 months ago