Həbsdən çıxan Kamil ənənəsini davam etdirir -   Video

saytların hazırlanması

Evə çatdırılma

Həbsdən çıxan Kamil ənənəsini davam etdirir - Video

Şou

24 Oktyabr 2020 11:41 2994


Tanınmış idmançı Kamil Zeynallı əsgərlərə sovqat göndərməyə davam edir.

Qarabağda döyüşlərin başladığı ilk gündən  cəbhə bölgəsinə yola düşən idmançı həbsdən çıxdıqdan sonra ənənəsini davam etdirib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında hərbçilərə dəstək üçün hazırlanan sovqatların görüntüləri  bölüşən Kamil ona "Ordumuza, ərgərlərimizə dəstəyə davam. Qarabağ Azərbaycandır. Biz birlikdə güclüyük" - deyə şərh yazıb. Dördpendirli pizza

Xatırladaq ki, Kamil Zeynallı tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və videogörüntülərin yayılması halları müəyyən edilmişdi. İnzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Füzuli rayon məhkəməsinin qərarı ilə 12 oktyabrda 10 gün müddətinə inzibati tənbeh növündə həbs olunmuşdu.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!