“Heç kim soruşmur  niyə ehtiyacın var?” -   Nura Suri

saytların hazırlanması

Evə çatdırılma

“Heç kim soruşmur niyə ehtiyacın var?” - Nura Suri

Şou

28 Avqust 2026 08:21 89


İspaniyanın Kaseres şəhərində fəaliyyət göstərən bir çörəkxananın qida israfının qarşısının alınması və ehtiyacı olan insanlara yardım məqsədilə tətbiq etdiyi üsul diqqət çəkib.

"Yeni Sabah" xəbər verir ki, müğənni Nura Suri sosial media hesabında sözügedən çörəkxananın təşəbbüsü barədə paylaşım edib.

O bildirib ki, çörəkxana hər axşam bağlandıqdan sonra ertəsi gün satışa çıxarılmayacaq baget və çörəkləri zibilə atmaq əvəzinə parça torbalara yığaraq girişdən asır: Marqarita pizza

"Beləliklə, yeməyə ehtiyacı olan hər kəs həmin çörəklərdən pulsuz götürə bilir. Bunun üçün çörəkxanaya daxil olmağa, icazə istəməyə və ya köməyə nə üçün ehtiyac duyduğunu izah etməyə ehtiyac yoxdur".

N.Suri qeyd edib ki, təşəbbüs qarşılıqlı etimada əsaslanır və insanlar yalnız ehtiyacları qədər çörək götürürlər. Səhər çörəkxana fəaliyyətə başlayanda isə torbaların, adətən, boş olduğu bildirilir.

Müğənni bu üsulun həm qida israfının qarşısını aldığını, həm də ehtiyacı olan insanların heç bir əlavə çətinliklə üzləşmədən qida əldə etməsinə imkan yaratdığını vurğulayıb.

“Bəzən həqiqi yardım üçün böyük və səs-küylü layihələrə ehtiyac yoxdur. Hələ də kiminsə işinə yaraya biləcək bir şeyi sadəcə zibilə atmamaq kifayətdir”, - deyə Nura Suri paylaşımında bildirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!