Həftəsonu avtobuslar necə işləyəcək?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Həftəsonu avtobuslar necə işləyəcək? - AÇIQLAMA

Sosial

01 Oktyabr 2021 19:34 1080


Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ləğv edilməsi barədə qərarına uyğun olaraq müntəzəm marşrut xətləri üzrə avtobuslar şənbə və bazar günləri adi rejimdə fəaliyyət göstərəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bakı şəhərində müntəzəm sərnişindaşımalarla məşğul olan şirkətlərə qərarın icrası ilə bağlı tapşırıqlar verilib. pizza sifarişi

Tapşırılıb ki, marşrutların şənbə-bazar günləri də fəaliyyətinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər.

Tapşırıqda qeyd olunub ki, sürücü və işçi heyətinin təlimatlandırılması, habelə texniki və digər hazırlıq işlərinin görülməsini həyata keçirsinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!