Həkimlər İranı tərk edirlər 

saytların hazırlanması

Evə çatdırılma

Həkimlər İranı tərk edirlər 

Dünya

05 Noyabr 2023 07:47 1212


İranda həkimlərin ölkəni tərk etməsi halları artıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Bildirilir ki, İranda hər 100 min nəfərə cəmi 62 mütəxəssis həkim düşür. Həkimlərin İranı tərk etməsi ölkədə həkim qıtlığını artıran digər mühüm amildir. Buna əsas səbəb həkimlərin əməkhaqqı ilə bağlı narazılıqlarıdır. pizza sifarişi

Tehranın Səhiyyə Sisteminin İdarə Heyətinin sədri Muəyyed Ələviyan deyib:

“2018-ci ilə qədər “Good Standing” sertifikatı üçün müraciətlərin sayı 1000-dən az idi. 2019-cu ildə müraciətlərin sayı iki mini keçdi, 2021-də isə 4 300-ə çatdı. Yəni, üç il ərzində “Good Standing” sertifikatları üçün müraciətlərin sayı dörd dəfə artıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!