"Çox vaxt təəssüf ki, qlobal münaqişədən əvvəl lokal münaqişə baş verir. Və bu mülahizələrə əsaslanaraq, mövcud vəziyyəti Birinci Dünya müharibəsindən və müəyyən dərəcədə İkinci Dünya müharibəsindən əvvəlki 1930-cu illərlə müqayisə edərdim".
"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O xatırladıb ki, Birinci Dünya müharibəsi ərəfəsində də bütün danışıqlar uğursuz olub: Müharibə qırğına çevrildi və Avropanın özü özünü cəzalandırdı".
Medvedev 1930-cu illər də Avropada həmin aqibətin təkrarlandığını qeyd edib:
"İndi də eyni şey baş verir. Avropalılar nə deyirlər? Rusiya ilə müharibə qaçılmazdır. Onlar bunu hər gün deyirlər: Ruslar mütləq bizə hücum edəcəklər. Rusiyanın qəbul etdiyi heç bir bəyanatda, heç bir sənəddə Avropa ilə hər hansı bir münaqişənin zəruriliyindən bəhs edilmir.
"Biz birgə hərbi əməliyyat keçirməyə məcburuq, amma səbəblər hamıya məlumdur. Avropaya gəldikdə isə, bizim heç bir aqressiv niyyətimiz yoxdur. Çoxlu sayda silah istehsal olunur. Ən böyükləri də daxil olmaqla, Avropa ölkələrinin liderləri deyirlər ki, təcavüzü dəf etməyə hazır olmalıyıq, müharibə qaçılmazdır. Bu yolun hara apardığını başa düşürsünüz. Hər gün müharibənin qaçılmaz olduğunu desəniz, o başlayacaq".
Telegram kanalımız