Hər kəs alır, amma çoxu bilmir - Feyxoa orqanizmə nə verir?

saytların hazırlanması

Evə çatdırılma

Hər kəs alır, amma çoxu bilmir - Feyxoa orqanizmə nə verir?

Maraqlı

03 Oktyabr 2026 13:55 85


Payız aylarında bazarlarda görünən feyxoa həm özünəməxsus ətri, həm də tərkibindəki vitamin və minerallarla diqqət çəkir. Bəs bu meyvəni fərqləndirən nədir?

“Yeni Sabah” feyxoanın tərkibi və xüsusiyyətləri ilə bağlı maraqlı məlumatları təqdim edir.

Feyxoa Cənubi Amerika mənşəli meyvədir. Yaşıl rəngli, oval formalı meyvənin içərisi yumşaq və şirəli olur. Dadında ananas, çiyələk və sitrusa bənzər çalarlar hiss edilir. ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatlarına görə, 100 qram feyxoada təxminən 61 kilokalori, 6,4 qram lif və 32,9 milliqram C vitamini var. Meyvə həmçinin kalium və folatla zəngindir. Feyxoanın əsas üstünlüklərindən biri yüksək lif tərkibidir. Lif həzm sisteminin normal fəaliyyətində mühüm rol oynayır və toxluq hissinin yaranmasına kömək edir.  Pepperoni pizza

Bəzi araşdırmalarda feyxoa qabığının meyvənin iç hissəsi ilə müqayisədə daha çox flavonoid və C vitamini ehtiva etdiyi müəyyən edilib. Buna görə meyvə yaxşı yuyulduqdan sonra qabığı ilə də yeyilə bilər.

Feyxoa adətən təzə halda, qaşıqla iç hissəsi çıxarılaraq yeyilir. Yoqurda, smuziyə və müxtəlif desertlərə də əlavə etmək mümkündür.

Amma çox yemək də düzgün deyil.

Elmi icmallarda feyxoanın tərkibində nisbətən yüksək miqdarda həll olan oksalatın olduğu qeyd edilir. Buna görə meyvəni həddindən artıq miqdarda qəbul etməkdənsə, müxtəlif meyvələrlə birlikdə və ölçülü şəkildə istehlak etmək daha məqsədəuyğundur.

Beləliklə, feyxoa payız süfrəsində həm fərqli dadı, həm də lif, C vitamini və digər qida maddələri ilə seçilən meyvələrdən biridir.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!