Hərbçilərə ŞAD XƏBƏR – Maaş və pensiyalar artır

saytların hazırlanması

Evə çatdırılma

Hərbçilərə ŞAD XƏBƏR – Maaş və pensiyalar artır

Sosial

24 Sentyabr 2026 10:17 1161


Hərbiçilərin maaş və pensiyaları artır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev öz “Facebook” səhifəsində yazıb. Ekspert bildirib ki, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq:

“Qalib Azərbaycan Ordusunun maaş və pensiyaları qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılır. Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır. Nəhayət ki, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq. Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq. Müdafiə Nazirliyinin hərbiçilərinin maaşları orta hesabla 25% yaxın və daha çox artır. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70%-ə qaldırılır. Müdafiə Nazirliyinin hərbiçilərinin pensiya təminatı mexanizmi də təkmilləşir və tam rəqəmsallaşdırılır.  pizza mizza

Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində bu lap yerinə düşəcək.

Güclü sosial təminat Müzəffər Ordumuzun haqqıdır ki, var!”

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!