Hərbçilərin maaşı bu qədər artacaq

saytların hazırlanması

Evə çatdırılma

Hərbçilərin maaşı bu qədər artacaq

Sosial

25 Sentyabr 2026 11:53 729


Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqlarında ciddi artım gözlənilir. Bütün vergi və icbari ödənişlər tutulduqdan sonra hərbçilərin net maaşları orta hesabla 22,8 faiz yüksələcək.

"Yeni Sabah" xəbər verir ki, bu yenilik Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə olunan genişmiqyaslı qanun layihələrində öz əksini tapıb. Sənəd "Vergi Məcəlləsi" daxil olmaqla, hərbi qulluqçular, polis, gömrük, prokurorluq, daxili işlər, kəşfiyyat, ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarında xidmət keçməni tənzimləyən bir sıra qanunlara dəyişiklikləri nəzərdə tutur.

Təklif edilən yeni mexanizmə əsasən, pensiya məbləği ilə təminat xərcliyi arasındakı birbaşa asılılıq ləğv ediləcək və pensiya ödənişləri vətəndaşın fərdi hesabında toplanan pensiya kapitalı əsasında formalaşacaq. Toyuqlu pizza

Bununla yanaşı, baza göstəricisi sayılan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənəcək və rütbə maaşının payı 70 faizə qədər qaldırılacaq. Bu islahatlar hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılmasına və xidmətə həvəsləndirilməsinə xidmət edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!