Hərbi hissələrdə valideynlərlə görüş qadağan edildi -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Hərbi hissələrdə valideynlərlə görüş qadağan edildi - SƏBƏB

Sosial

16 İyun 2024 16:18 2679


Vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki, şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə valideynlər, ictimaiyyət və media nümayəndələrinin bayram tədbirlərində iştirakı məhdudlaşdırılıb, valideynlərlə görüşlər qadağan edilib. Pepperoni pizza

"Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan bu qərarı anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik", - məlumatda deyilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!