Hərbi vəzifəlilərin təlim toplanışı başladı

saytların hazırlanması

Evə çatdırılma

Hərbi vəzifəlilərin təlim toplanışı başladı

Siyasət

20 Aprel 2026 13:36 376


Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən cari il üçün təsdiq olunmuş hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb. 

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.  

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın ilkin mərhələsində şəxsi heyətin müvafiq qeydiyyat işləri aparılıb. Həkim müayinəsidən keçmiş hərbi vəzifəlilərə hərbi geyim və digər zəruri təminat vasitələri verilib.  pizza sifarişi

Ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə təlim toplanışı müddətində Azərbaycan Ordusunun arsenalında olan silah və hərbi texnikalardan istifadə qaydaları, müasir dövrün tələblərinə uyğun döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək, həmçinin real döyüş şəraitinə uyğun taktiki hazırlıq məşğələləri və digər təlimlər keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!