İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 6-da keçirilən növbəti hərracda 12 nəqliyyat vasitəsi özəlləşdirilib.
“Yeni Sabah” xəbər verir ki, rroses zamanı nəqliyyat vasitələrinə böyük maraq göstərilib və rəqabət nəticəsində təklif olunan qiymətlər ilkin start dəyərini bir neçə dəfə üstələyib. Belə ki, start qiyməti 10 000 manat təyin olunan “Kamaz” markalı yük avtomobili 33 000 manata alıcı tapıb. Oxşar dinamika xüsusi texnika satışında da qeydə alınıb — ilkin qiyməti 14 000 manat olan “Hyundai HB100” markalı ekskavator 28 000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür. pizza sifarişi
Dövlət əmlakının özəlləşdirilməsi prosesi çərçivəsində oktyabr ayı üzrə növbəti hərracların tarixləri də bəllidir. Növbəti satışlar oktyabrın 13, 20 və 27-də baş tutacaq.
Hərraclarda iştirak etmək və təqdim olunan əmlak seçimlərini nəzərdən keçirmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az portallarından istifadə edə bilərlər.
Telegram kanalımız