Çindən sonra Tacikistana səfər edən Rusiya Prezidenti Vladimir Putinin şərəfinə ziyafət təşkil olunub.
"Yeni Sabah" xəbər verir ki, Düşənbəyə rəsmi səfəri zamanı Tacikistan Prezidenti İmoməli Rəhmon vəzifədaşı ilə süfrə arxasında danışıqlar aparıb.
Masada əlinin altında başqa meyvələr olmasına baxmayaraq, Putin yalnız limonu bəyənib. İnternetdən sifariş
Tacikistan limonları şirin və şirəli dadı, nazik qabığı, güclü ətri və narıncımtıl çaları ilə tanınır. O, ölkənin əsas kənd təsərrüfatı ixrac məhsullarından biridir.
Bu limon növünü aqronom Vladimir Sulaya 1934-cü ildə Düşənbədə (ovaxtkı adı ilə Stalinabad) Meyer və Gürcüstan limonlarını çarpazlaşdıraraq ərsəyə gətirib. Vəxş vadisində (Xatlon vilayəti) və digər bölgələrdə fermerlər limon ağaclarını sərt qış şaxtalarından qorumaq üçün onları dərin xəndəklərdə əkirlər.
Tacikistan limonları əsasən Rusiya, Belarus və Qazaxıstana ixrac olunur. Ölkə 2025–2029-cu illər üçün bağçılıq proqramı istehsal sahələrini genişləndirməyi və illik ixrac həcmini 7000 tona çatdırmağı hədəfləyir.
Telegram kanalımız