“O vaxt “91-lər”dən Sirus Təbrizli Naxçıvana getmişdi. 39 gün orada qaldı. Sirus o vaxtlar “Açıq-aşkar” adlı bir televiziya verilişi aparırdı. Həmin verilişin cəmiyyətdə çox böyük hörməti var idi. Bunu mənim özüm hiss edirdim”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri məşhur “91-lər”dən biri olan, professor Şahlar Əsgərov “YouTube”da yayımlanan “Astar” kanalına müsahibəsi zamanı deyib.
O bildirib ki, Heydər Əliyev vaxtilə bütün həyatını Sirus Təbrizliyə danışıb: ShopByBro
“Əgər Sirus Təbrizli bazara girib 2-3 kilo alma-armud alsaydı, satıcılar ondan pul almırdı ki, kişi adamsan, səndən pul almayacağıq. Heydər Əliyev həmin vaxt Bakıya gəlmək istəmirdi. Sirus 39 gün Naxçıvanda qaldı. Heydər Əliyev bütün həyatını Sirus Təbrizliyə danışıb. Allah hər ikisinə rəhmət eləsin. Sirus sağ olsaydı, yəqin Heydər Əliyev haqqında ən güclü əsəri yazardı”.
Nazim Hacıyev
Telegram kanalımız