Bu şəxslər 700 manatadək cərimələnəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər 700 manatadək cərimələnəcək

Sosial

21 Noyabr 2026 10:17 38


Hərbi qulluqçuların, prokurorluq əməkdaşlarının və əməliyyat-axtarış fəaliyyəti subyektlərinin fərqlənmə nişanları olan geyim formalarını qanunsuz daşıyan şəxslər cərimələnə, geyimləri isə müsadirə edilə bilər.

“Yeni Sabah” Trend-ə istinadla xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.

Belə ki, hərbi və xüsusi geyim formalarının qanunsuz daşınmasına görə 800 manatdan 1 000 manatadək cərimə nəzərdə tutulur. Bu halda inzibati xətanın predmeti olan geyim forması da müsadirə edilir. Onlayn mağaza

Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər də bu qaydalara əməl etməlidirlər. Onların hərbi geyimi qanunla nəzərdə tutulmayan hallarda daşımalarına görə 500 manatdan 700 manatadək cərimə tətbiq edilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!