“DELKO” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1406478371) ləğv olunduğunu elan edib.
“Yeni Sabah” xəbər verir ki, kreditorlar iki ay ərzində öz tələblərini AZ1414, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40, mənzil 95 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “DELKO” MMC 2000-ci ildə təsis olunub, baş ofisi Rusiyanın Tatarıstan Respublikasının Naberejnıye Çelnı şəhərində yerləşir. Şirkət Rusiya və MDB ölkələri üzrə yük avtomobilləri (FTL) ilə beynəlxalq və ölkədaxili yükdaşımalar, o cümlədən Çindən multimodal çatdırılma xidmətləri göstərir. Filialın qanuni təmsilçisi Səttar Akif oğlu Fətəliyevdir. Online shopping Azərbaycan
Xatırladaq ki, gömrük xidməti polkovniki Səttar Fətəliyev Dövlət Gömrük Komitəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi vəzifəsində çalışıb və 2022-ci ildə vəzifəsindən azad olunub. O, müğənni Lətifə Soyuözün qardaşıdır.
Cəlalə Cəlalqızı
Telegram kanalımız