Yamal məşhurluqdan bezib

saytların hazırlanması

Evə çatdırılma

Yamal məşhurluqdan bezib

İdman

21 Noyabr 2026 10:15 30


İspaniya millisinin və "Barselona"nın gənc ulduzu Lamin Yamal erkən yaşda qazandığı şöhrətin gündəlik həyatına gətirdiyi çətinliklərdən danışıb.

“Yeni Sabah” xəbər verir ki, futbolçu məşhurluğun onun adi insan kimi sərbəst yaşamaq imkanlarını xeyli məhdudlaşdırdığını etiraf edib.

Yamal bildirib ki, hazırda ABŞ-də olduğu kimi insanların onu tanımadığı yerlərdə sərbəst gəzmək imkanından maksimum yararlanmağa çalışır. O, ailəsi ilə birlikdə dincələrkən belə azarkeşlərin diqqətindən kənarda qala bilmədiyini xüsusi qeyd edib. Gənc futbolçu yaşadığı vəziyyəti bu sözlərlə ifadə edib: Online shopping Azərbaycan

"Sərbəst yaşaya bilmək üçün sahib olduğumuz bir çox şeydən imtina edərdim. İstənilən insan Barselonanın mərkəzinə gedə, geyim ala, nəsə içə və evinə qayıda bilər. Mən isə bunu edə bilmirəm! Ona görə də fürsət düşəndə, məsələn, hazırda ABŞ-də olduğum və heç kimin məni tanımadığı vaxtlarda bundan maksimum yararlanıram. Çox vaxt həyat yoldaşımla və ya anamla yemək yeyərkən kimsə yaxınlaşıb “Bir şəkil çəkdirə bilərik?” deyə soruşur. Dostum, mən sadəcə terrasda oturub öz işimlə məşğul oluram. Belə anlarda düşünürəm: “Bəlkə də indi şəkil çəkdirmək üçün ən uyğun vaxt deyil”. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!