Hillari Klinton seçkilərdə iştirakı barədə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Hillari Klinton seçkilərdə iştirakı barədə danışdı

Dünya

07 Sentyabr 2022 10:08 723


Hillari Klinton ABŞ prezident seçkilərində iştirakı ilə bağlı fərziyyələri rədd edib.

Yenisabah.az CBS-ə istinadla xəbər verir ki, keçmiş dövlət katibi, 2016-cı il prezident seçkilərində Demokratlar Partiyasının namizədi bildirib: "Yox, yox, artıq ABŞ prezidentliyinə namizəd olmaq istəmirəm". Amma o, Amerikanın demokratiyaya, qanunun aliliyinə hörmət edən və Amerika institutlarını müdafiə edən bir prezidentin olmasını təmin etmək üçün əlindən gələni edəcəyinə söz verib.

Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasına yenidən namizədliyini irəli sürməsi ehtimalına gəlincə, Hillari Klinton Trampın uduzması üçün hər şeyi edəcəyini deyib. O vurğulayıb ki, Respublikaçılar Partiyasının onurğa sütununu böyüməli və Trampa qarşı olmalıdır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!