Hindistan əhalinin sayına görə Çini keçə bilər

saytların hazırlanması

Evə çatdırılma

Hindistan əhalinin sayına görə Çini keçə bilər

Dünya

18 Yanvar 2023 12:39 715


Hindistan cari ildə əhalinin sayına görə Çini keçə bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə “World Population Review” statistik təşkilatının araşdırmasında dərc olunub.

Təşkilatın informasiya platformasındakı real vaxt məlumatlarına görə, hazırda Çin 1,425,831,172 nəfər əhalisi ilə dünyanın ən sıx əhalisi olan ölkəsidir. Hindistanın hazırkı əhalisi isə 1.422.710.100 nəfərdir. Lakin tədqiqatın qeyd etdiyi kimi, Hindistanın əhalisi ən azı 2050-ci ilə qədər artacaq, Çinin əhalisi isə azalır.  Toyuqlu pizza

Bu azalma və Hindistan əhalisinin davamlı artması Hindistanın 2030-cu ilə qədər Çini dünyanın ən sıx məskunlaşdığı ölkə kimi əvəzləməsinə səbəb olacaq. Eyni zamanda, tədqiqat müəllifləri qeyd edirlər ki, Hindistan əhalinin sayına görə hələ 2023-cü ildə Çini ötə bilər. Builki proqnozlara görə, Çində əhalinin illik artım tempi -0,1% ilə -0,3% arasında, Hindistanda isə 0,69%-dən 0,92%-ə qədər olacaq. 

Mövcud artım templərini nəzərə alsaq, Çin əhalisinin 2060-cı ilə qədər 1,2 milyarda, Hindistanın isə 1,7 milyarda qədər azalacağı proqnozlaşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!