Hindistanda körpü uçdu - 26 nəfər həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Hindistanda körpü uçdu - 26 nəfər həlak oldu

Dünya

23 Avqust 2023 15:49 429


Hindistanda tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 26 işçi həlak olub. 

Yenisabah.az "Reuters"ə istinadən xəbər verir ki, daha 2 nəfər yaralanıb. 

Qəza Mizoram ştatının şimal-şərqindəki Sayranq şəhərində baş verib. Media körpünün çökdüyü zaman ərazidə 40-a qədər işçinin olduğunu bildirsə də, polis orada 28 işçinin olduğunu açıqlayıb.  Marqarita pizza

Məlumata görə, xilasedicilər indiyədək 13 cəsədi çıxara biliblər. Qalan cəsədləri çıxarmaq üçün səylər davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!