İranın Ali Rəhbəri Müctəba Xamenei yeni yazılı açıqlaması yayılıb.
“Yeni Sabah” xəbər verir ki, o, regionun gələcəyi, təhlükəsizlik və iqtisadi perspektivlərlə bağlı bəyanatla çıxış edib.
Xamenei bildirib ki, İran İslam Respublikası Hörmüz boğazı üzərində nəzarət imkanını “ilahi nemət” kimi qiymətləndirərək, bunu praktik şəkildə həyata keçirməklə Fars körfəzi regionunun təhlükəsizliyini təmin edəcək və düşmən qüvvələrin bu strateji su yolundan sui-istifadəsinin qarşısını alacaq.
Ali Rəhmər qeyd edib ki, Fars körfəzi və Oman dənizi ətrafında yerləşən ölkələr ortaq taleyi bölüşür. Onun fikrincə, minlərlə kilometr uzaqdan gələn və şəxsi maraqlar güdən xarici qüvvələrin regionda yeri yoxdur.
Sonda o vurğulayıb ki, İranın müqavimət siyasəti və güclü dövlət strategiyası nəticəsində əldə olunan uğurlar yeni regional və qlobal nizamın formalaşmasının başlanğıcı kimi qiymətləndirilir.
Telegram kanalımız