Bu cərimənin məbləği kəskin azaldılır

saytların hazırlanması

Evə çatdırılma

Bu cərimənin məbləği kəskin azaldılır

Sosial

28 Oktyabr 2026 16:18 120


Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

“Yeni Sabah” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə 50 manat məbləğində cərimə tətbiq ediləcək. Dördpendirli pizza

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, sözügedən qayda pozuntusuna görə fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 150 manatdan 200 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir./Qafqazinfo 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!