“Evimizə, maşınımıza qədər satdıq” – Firuzə İbadovanın qızı danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Evimizə, maşınımıza qədər satdıq” – Firuzə İbadovanın qızı danışdı

Şou

28 Oktyabr 2026 15:59 123


Firuzə İbadovanın qızı Hülya anasının səhhəti ilə bağlı paylaşımından sonra ailəyə ünvanlanan iradları cavablandırıb.

“Yeni Sabah” xəbər verir ki, o, “Astar” layihəsində anasının maddi vəziyyəti və ailənin çətinliklərini nəzərə alaraq qınağın haqsız olduğunu bildirib:

“Bu dəqiqə təkəm. Anamın həm oğlu, həm qızıyam. Adi zəng gələndə, yazanda deyirəm ki, dua edin, buna ehtiyacım var. Artıq-əskik yazıb bizi yaralamayın. Olmaz, etməyin. Haqqımıza girməyin. Məgər qapınızı döyüb nəsə istəyirik?! Nə vaxt kimdənsə nəsə istəmişik? Sezar pizza

Firuzə xanım kimi təmkinli deyiləm, çox aqressivəm. Kiməsə demirik ki, ev ver, onu et. Sənət dostları gəlir, onlara belə qıymıram. Anamın aldığı qonorarın nə qədər az olduğunu bilirsiniz?! Anam həmin pulla dolanıb”.

Hülya anasının 2010-cu ildə xəstələndiyi vaxt ailənin müalicə xərclərini ödəmə üçün evlərini, avtomobilini və zinət əşyalarını satdığını söyləyib.

Onun sözlərinə görə, Firuzə İbadovanın sağalması üçün bütün imkanlarını səfərbər ediblər və əllərində heç nə qalmayıb.

Müğənninin qızı pandemiya dövründə aldınan evin kreditini ödəyə bilmədikləri üçün satdıqlarını etiraf edib. Satışdan qazanılan pulla daha kiçik ev alınıb, lakin maddi çətinlik ucbatından o da satılıb.

Hülya anasının heç vaxt böyük məbləğ qazanmadığını vurğulayaraq, hətta geyimlərinin pulunu belə bəzən aylar sonra ödədiyini qeyd edib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!