Seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğana dəstək verəcəklərini bildirən islamçı kürt partiyası Hür Dava Partiyası (HÜDA PAR) parlamentə seçilmək üçün 8 mandat istəyib.
Yenisabah.az “Sputnik Türkiye”yə istinadla xəbər verir ki, bu barədə partiya sədri Zekeriyya Yapıcıoğlu danışıb.
O bildirib: “Çalışacağıq ki, parlamentdə ən çox deputatla yer alaq. Bizdən rəngimizi, fikrimizi və ya partiya proqramını dəyişdirəcək qərarlar qəbul etməyi tələb etsələr, heç bir ittifaqda iştirak etməyəcəyik”. pizza sifarişi
Xatırladaq ki, 2015-ci il ümumi seçkilərinə müstəqil namizədlərlə daxil olan HÜDA PAR Adana, Batman, Diyarbakır, Van, Bingöl, Bitlis, Mardin və Şanlıurfadan seçkilərə qatılıb. 2018-ci il seçkilərinə isə partiya olaraq 55 vilayətdən qatılan HÜDA PAR Türkiyə üzrə 157 min (0,37 faiz) səs toplayıb.
Telegram kanalımız