İsrail rəhbərliyi Səudiyyə Ərəbistanının Yəməndəki "Ənsarullah" (Husilər) hərəkatına qarşı nümayiş etdirdiyi mövqeyi zəiflik kimi qiymətləndirərək məsələ ilə bağlı dərin narahatlığını ifadə edib.
“Yeni Sabah” xəbər verir ki, İsrail tərəfi Səudiyyə Ərəbistanının Husilərin bölgədəki hərbi aktivliyinə və Qırmızı dənizdəki təhdidlərinə qarşı mülayim və təmkinli yanaşması "Ənsarullah" qruplaşmasını daha da cəsarətləndiyini bildirib.
İsrail tərəfi regional təhlükəsizliyin təmin olunması və İran yönümlü qüvvələrin neytrallaşdırılması üçün Ər-Riyadın Yəmən cəbhəsində daha qətiyyətli və sərt hərbi-siyasi mövqe tutmasını gözləyir. Dördpendirli pizza
Nazim Hacıyev
Telegram kanalımız