Husilər Səudiyyə Ərəbistanındakı aeroportu vurdular

saytların hazırlanması

Evə çatdırılma

Husilər Səudiyyə Ərəbistanındakı aeroportu vurdular

Dünya

14 İyul 2026 01:01 51


Yəmənin "Ənsar Allah" hərəkatının silahlıları Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Abha mülki hava limanına raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya husilərin nəzarətində olan "Əl-Məsirə" telekanalının efirində bildirib.

Husilər bəyan ediblər ki, bu hücum Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin hərəkatın nəzarətində olan Səna hava limanına endirdiyi zərbələrə cavab olub. Yəhya Sariya aviaşirkətlərə Səudiyyə Ərəbistanının hava məkanı üzərindən uçuşlar həyata keçirməməklə bağlı xəbərdarlıq edib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin mətbuat katibi Turki əl-Maliki "X" sosial şəbəkəsində hücumun uğurla dəf edildiyini bildirib./Oxu.az pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!