İçərişəhərin tarixi küçə adları niyə silinir? - Memardan etiraz

saytların hazırlanması

Evə çatdırılma

İçərişəhərin tarixi küçə adları niyə silinir? - Memardan etiraz

Sosial

19 Avqust 2026 14:21 104


Memar Elçin Əliyev İçərişəhərin tarixi küçə adlarının dəyişdirilməsi məsələsini gündəmə gətirib.

“Yeni Sabah” xəbər verir ki, o, tarixi toponimiyasının dəyişdirilməsi narahatlıq doğurduğunu bildirib:

“Artıq Böyük Minarə küçəsi yoxdur. Sobornaya, Cümə, Saray, Buxara küçələri yoxdur. Hətta Qəsr küçəsinin bir hissəsinin də adı dəyişdirilib. Onların tarixi adları müasirlərimizin adları ilə əvəz olunub”. pizza

E.Əliyev qeyd edib ki, tarixi küçə adları sadəcə ünvan göstəricisi deyil, qədim şəhərin quruluşu, məhəllələri, abidələri, müxtəlif dövrlərdəki dili və dünyagörüşü barədə məlumat daşıyan mühüm mədəni irs nümunəsidir.

Onun fikrincə, İçərişəhər yaşayan və inkişaf edən şəhər məkanı olduğundan yeni yaranan küçə və şəhər məkanlarına tarixən Bakı ilə bağlı olmuş görkəmli şəxslərin adlarını vermək mümkündür.

E.Əliyev Aleksandr Düma, XVII əsr alman səyyahı Engelbert Kempfer və rəssam knyaz Qriqori Qaqarinin adlarının bu baxımdan nəzərdən keçirilə biləcəyini qeyd edib.

Memar İçərişəhərin tarixi toponimiyası üzrə xüsusi Komissiyanın yaradılmasını da məqsədəuyğun sayır. Onun sözlərinə görə, belə bir komissiya qədim küçə, döngə və meydanların adlarını araşdırmalı, köhnə planları, xəritələri, ünvan kitablarını, arxiv sənədlərini və şifahi yaddaşda qorunan məlumatları toplayaraq tarixi adların bərpası məsələsinə baxmalıdır.

E.Əliyev hesab edir ki, tarixən təsdiqlənmiş küçə, döngə və meydan adları İçərişəhərin mədəni irsinin bir hissəsi kimi qəbul edilməli və əsassız şəkildə dəyişdirilməməlidir:

“Əgər biz həqiqətən İçərişəhərin bənzərsizliyini qorumaq istəyiriksə, yalnız onun daşlarını deyil, küçələrinin adlarında yaşayan yaddaşı da qorumalıyıq”, - deyə professor vurğulayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!