İcra başçısı şəhidin evinə getdi, ailəsinə səbr dilədi    - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı şəhidin evinə getdi, ailəsinə səbr dilədi  - Fotolar

Sosial

16 Oktyabr 2024 16:01 550


Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və RİH aparatının məsul şəxsləriylə birlikdə daha bir şəhidin-Hüsenli Zahir Mahir oğlunun Yuxarı Aran qəsəbəsində ildönümü mərasimində iştirak etdi. 

Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Bu gün qəhrəmanlıq simvolumuza çevrilən Zahir kimi qəhrəman oğullarımızla, şəhidlərimizlə nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın, xalqımızın fəxr etdiyi, hər bir azərbaycanlının qürur duyduğu bildirilib. 

 Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz, onlarla qürur duyduğumuz qeyd edilib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb.  pizza hut

Şəhidin ailəsi onlara və ümumilikdə bütün şəhid ailələrinə göstərilən diqqətə  və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!