İcra Hakimiyyəti reyd keçirdi

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyəti reyd keçirdi

Sosial

24 Avqust 2021 11:45 1145


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulmuş tələblərin və verilən tapşırıqların icrası ilə bağlı Nərimanov rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən keçirilən reydlər gücləndirilib.

İH-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsi tərəfindən keçirilən birgə növbəti reyd zamanı marketlərdə, bazarlarda, apteklərdə və digər ictimai-iaşə obyektlərində qarşıya qoyulmuş tələb ilə fəailəyyət göstərməsi yoxlanılmış, xidməti heyəti ilə maarifləndirici söhbətlər aparılıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunub. Fəal gənclər və könüllülərin  də daxil olduğu mobil qrupların üzvləri tərəfindən fəaliyyət göstərən obyektlərin girişlərində sakinlərin hərarətinin yoxlanılması üçün avadanlıqlar və xüsusi dezinfeksiyaedici məhlulların mövcud olması, işçi heyətinin tibbi maskadan istifadəsi  yoxlanılıb.

O cümlədən mobil qruplar tərəfindən əhalinin daha intensiv istifadə etdiyi saatlarda ictimai nəqliyyat vasitələrində də maskadan istifadə edilməsi yoxlanılmış, onlarla virusdan qorunmağın vacibliyi izah edilmiş, arzu edən şəxslərə isə maska paylanıb. Toyuqlu pizza

İctimai nəqliyyatda və ictimai-iaşə obyektlərində karantin rejiminin qaydalarını pozan şəxslər hüquq mühafizə orqanları tərəfindən müvafiq qaydada cərimə edilmiş, bundan sonra epidemiya əleyhinə rejimin qaydalarına riayət etmələri tövsiyyə edilib.

Reydlər zamanı peyvəndlənmə ilə bağlı sakinlərlə maarifləndirici söhbətlər aparılıb, peyvəndin dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanda daha əlçatan olması izah edilib, rayon ərazisində peyvənd məntəqələri barədə ətraflı məlumat verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!