İcra Hakimiyyəti söküntü ilə bağlı iddiaları cavablandırdı -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyəti söküntü ilə bağlı iddiaları cavablandırdı - FOTO

Sosial

06 İyun 2026 13:49 128


"Bəzi sosial şəbəkələrdə vətəndaşa məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 29 ünvanında yerləşən mənzilin naməlum şəxslər tərəfindən onun xəbəri olmadan sökülməsi ilə bağlı əsassız məlumatlar yayılıb".

"Yeni Sabah" xəbə verir ki, bu sətirlər Yasamal rayon İcra Hakimiyyətinin  məlumatında yer alıb.

İH qeyd edib ki, sözügedən ərazidə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsü həyata keçirilir. Bu proses qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə və sakinlərə müvafiq kompensasiyalar ödənilməklə aparılır: Sezar pizza

"Sözügedən mənzilin sahibi N. Nəbiyev aprelin 23-də müvafiq razılıq protokolu imzalayıb, bununla da ona təklif olunan kompensasiya məbləği ilə razılaşdığı təsdiq edilib. Bu səbəbdən mənzilin sahibinin məlumatı və razılığı olmadan söküntü aparılması barədə yayılan iddialar həqiqəti əks etdirmir.

Ərazidə söküntü işləri aidiyyəti qurumların iştirakı ilə, tərəflərin qarşılıqlı razılığı əsasında və qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!