Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktını təsdiqləyib.
Yenisabah.az bildirir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata gõrə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
*** Marqarita pizza
Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.
Yenisabah.az xəbər verir ki, hazırda əməliyyat davam edir.
RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.
Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır./ Report
Telegram kanalımız