ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərində hava hücumu həyata keçirib.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, hücum zamanı İŞİD-in yüksək rütbəli lideri Xalid Ayd Əhməd Əl-Cəburi öldürülüb. O, Avropada silsilə terror aktları törətməkdə şübhəli bilinirdi.
Hücumun dəqiq nöqtəsi göstərilməsə də, ölən və yaralananlar arasında mülki vətəndaşların olmadığı qeyd olunub. Sezar pizza
CENTCOM-un komandiri Maykl Kurilla vurğulayıb ki, təşkilat artıq əvvəlki gücündə olmasa da, hələ də bölgədə hücumlar həyata keçirə bilər və bu hücumları Yaxın Şərqdən həyata keçirməyi planlaşdırır.
Xatırladaq ki, 2015-ci ilin noyabrında Parisdə 130, 2016-cı ilin iyulunda isə Nitsada 86 nəfərin ölümü ilə nəticələnən hücumlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Telegram kanalımız