Böyük Britaniya kralı III Çarlz Almaniyaya ilk dövlət səfərini həyata keçirib.
Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, Britaniya monarxının səfəri Fransa ilə başlamalı idi, lakin kütləvi nümayişlər səbəbindən səfər təxirə salınıb.
3 günlük səfər zamanı III Çarlzı Kamilla Parker müşayiət edib. Toyuqlu pizza
Britaniya kralının ilk dövlət səfəri simvolik xarakter daşıyır. Bu, Avropanın Böyük Britaniyanın diplomatik prioriteti olduğunu göstərir və Britaniyanın “Brexit”dən sonra münasibətləri yaxşılaşdırmaq istəyini vurğulayır.
Xatırladaq ki, III Çarlz martın 29-da Berlinə gəlib. Onu həyat yoldaşı ilə birlikdə Almaniya prezidenti Frank-Valter Ştaynmayer “Brandenburq” qapılarında qəbul edib.
Telegram kanalımız