"Qalatasaray"ın keçmiş hücumçusu Mauro İkardi yenidən İstanbul təmsilçisinin formasını geyinmək üçün maddi tələblərini minimuma endirməyə razılıq verib.
“Yeni Sabah” xəbər verir ki, Argentina mətbuatının yaydığı məlumata görə, təcrübəli hücumçu sarı-qırmızılı klubun rəhbərliyinə illik 3,5 milyon avro məvaciblə oynamağı təklif edib.
Ulduz futbolçunun bu addımı atmasında əsas səbəbin ailəvi amillər olduğu bildirilir. Qızları ilə birlikdə İstanbulda yaşamaqda qərarlı olan İkardi onları Türkiyəyə gətirə bilmək üçün hətta illik 2 milyon avro məbləğində maaş şərtini belə qəbul etməyə hazır olduğunu diqqətə çatdırıb. "Qalatasaray"a dönmək üçün böyük maliyyə fədakarlığına hazır olan argentinalı hücumçunun klub rəhbərliyi ilə hər bir şərti müzakirə etməyə razılaşdığı vurğulanır. Toyuqlu pizza
Nazim Hacıyev
Telegram kanalımız