İstehlakçılar ən çox nədən şikayətlənir? – 10 ayın statistikası açıqlandı 

saytların hazırlanması

Evə çatdırılma

İstehlakçılar ən çox nədən şikayətlənir? – 10 ayın statistikası açıqlandı 

İqtisadiyyat

19 Noyabr 2026 17:04 56


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2026-cı ilin ilk 10 ayı ərzində istehlakçı müraciətlərinin pozuntu növləri üzrə bölgüsünü açıqlayıb. Ən çox müraciət qüsurlu malların satışı və keyfiyyətsiz xidmətlərlə bağlı daxil olub. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkil etdiyi “İstehlakçıların əsas hüquqları və müdafiəsi vasitələri” tədbirində çıxış edən İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı məlumat verib. Onun sözlərinə görə, 2026-cı ilin yanvar–oktyabr aylarında qüsurlu malların satışı üzrə 2 122, xidmətlərin keyfiyyətsiz və qüsurlu olması üzrə 1 684, digər istehlakçı hüquqlarının pozulması üzrə 1 483, müqavilə şərtlərinin pozulması üzrə 1 097, istehlakçının tələbi ilə lazımi keyfiyyətdə malın dəyişdirilməməsi və ya qaytarılmaması üzrə 608, istehlakçıların aldadılması üzrə 577, sair müraciətlər üzrə 452, ödənilmiş vəsaitin geri qaytarılmaması üzrə 242, keyfiyyətsiz sertifikatsız malların satılması üzrə isə 184 müraciət qeydə alınıb:

“Eyni zamanda, istehlakçılara mal/xidmət haqqında məlumat verilməməsi üzrə 183, saxlama müddəti ötmüş məhsulların satılması üzrə 62, qiymət intizamının pozulması üzrə 44, dərmanların satış qaydalarının pozulması üzrə 9, keyfiyyətsiz dərman vasitələrinin satılması üzrə 7, markalanma/etiketləmə tələblərinə uyğun olmayan malların satılması üzrə 4, mal qonşuluğu və temperatur rejiminə əməl edilməməsi üzrə 3, qiymətli metalların və daşların satışı qaydalarının pozulması üzrə 3 və istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri üzrə 2 müraciət daxil olub”, – deyə şöbə müdiri bildirib. Sərfəli qiymətə məhsullar

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!