Sahə rəisinə 3 il iş kəsdilər

saytların hazırlanması

Evə çatdırılma

Sahə rəisinə 3 il iş kəsdilər

Kriminal

19 Noyabr 2026 16:52 73


"Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümündə ittiham edilən Azər Cümşüdov 3 il müddətə azadlıqdan məhrum edilib.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu barədə hökm Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkəcək. Elektronika məhsulları

Azər Cümşüdov 2 il müddətə müəyyən vəzifə tutmaq hüququndan da məhrum olunub.

Xatırlatma: 2025-ci il iyunun 26-da Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya sularının axdığı kanala düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

Cümşüd Cümşüdlünün meyiti hadisədən 2 gün sonra - iyunun 28-də Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!