İlham Əliyev Hakan Fidanı qəbul edib

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Hakan Fidanı qəbul edib

Siyasət

15 Sentyabr 2026 14:09 73


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Bu barədə "Yeni Sabah"a Prezident Administrasiyasından məlumat verilib.

Görüşdə Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlarına görə təşəkkürünü bildirib və öz salamlarını da Ərdoğana çatdırmağı xahiş edib. pizza hut

Söhbət zamanı Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanıb. Əməkdaşlığın “bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmləndiyi qeyd olunub.

Enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunulub, alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Ölkələrimizin logistika baxımından mühüm əhəmiyyət daşıdığı, o cümlədən Avropa ilə Asiya arasında körpü rolunu oynadığı vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətin əlaqələndirilməsinin vacibliyi qeyd edilib.

Görüşdə, həmçinin ikitərəfli əlaqələrin perspektivləri, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!